Vaqif Sadıqovdan etiraf: Heç kim bu hesabı gözləmirdi
16.09.2012 - 20:09
"AZAL azarkeşlərini qələbə münasibəti ilə təbrik edirəm. Bu gün əlimizə düşən imkanlardan maksimum istifadə etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.
O, Azərbaycan Premyer Liqasının V turunun “Qarabağ”la oyunundakı 6:2 hesablı qələbəyə şərh verib: Ən baxımlı futbol oynayan komandalardan olan "Qarabağ"a qarşı oynadıq. "Qarabağ"ı təhlil edib zəif yerlərini müəyyənləşdirmişdik. Heç kim bu hesabı gözləmirdi. Hesab edirəm ki, Qurban Qurbanov tələsik addım atmamalıdır. "Qarabağ" bu çempionatda öz sözünü deyəcək. Milli komandanın səviyyəsi qat-qat artıb. Bu gün gördük ki, "Qarabağ"da da bizdə də millinin oyunçuları ehtiyatda qalır. Bu rəqabətdən irəli gəlir".

0
0