Mövsümdə ilk qələbə
17.09.2012 - 09:25
Mövsümdə ilk qələbə
Gəncənin “Kəpəz” klubu Premyer Liqanın 2012/13 mövsümündə ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, öz meydanında “Qəbələ”yə 1:0 hesabı ilə qalib gələn qərblilər bununla da 5 oyunluq məğlubiyyət seriyasına son qoyub. Ötən mövsümün son turunda da uduzan komanda cari mövsümün ilk 4 turunu xalsız başa vurmuşdu.

“Kəpəz” sonuncu qələbəsini mayın 6-da “Turan” üzərində qazanmışdı – 2:1. Gəncəlilər ardıcıl 5 məğlubiyyətdən sonra gələn qələbəni 133 gün gözləməli oldu.

Klub tarixinin antirekordu olan startda 4 məğlubiyyət seriyası rəsmiləşdi. Lakin “Kəpəz” ən güc qələbə qazandığı 2003/04 və 2010/11 mövsümlərinin nəticəsini təkrarlanmağa qoymadı. Həmin çempionatlarda “Kəpəz”in ilk qələbəsi müvafiq olaraq 11-ci və 7-ci oyunlarda qeydə alınmışdısa, bu dəfə artıq 5-ci turda ilk 3 xal əldə olundu.
Mənbə: pfl.az