Bayılda “Live your goals” festivalı
17.09.2012 - 10:24
Bu gün Bayıl stadionunda “Live your goals” festivalı keçiriləcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, tədbir saat 18:00-da başlayacaq. Bundan 30 dəqiqə öncə isə festivala həsr olunmuş mətbuat konfransı təşkil ediləcək.
Xatırladaq ki, bu, qadın futbolunun təbliğatı məqsədilə keçirilən 6-cı “Live your goals” festivalıdır. Buna qədər ilk dəfə mart ayında AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçirilmiş festival daha sonra apreldə Zaqatala Olimpiya İdman Kompleksində, iyun ayında Quba Olimpiya İdman Kompleksində, iyulda Şəki şəhər stadionunda, avqustda isə Masalı Olimpiya İdman Kompleksində təşkil olunmuşdu.

- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
0
0