Əfran İsmayılov: Baş məşqçi hər şeyi daha yaxşı bilir - MÜSAHİBƏ
17.09.2012 - 11:22
“Qarabağ” klubunun futbolçusu Əfran İsmayılovun apasport.az saytına müsahibəsi
- Premyer Liqanın V turunda AZAL-a 2:6 hesabı ilə uduzdunuz. “AZAL Arena”da nə baş verdi?
- Hər şey göz qabağındadır. Nəticə çox mətləbə aydınlıq gətirir. Həqiqətən də gözlənilməz nəticə qeydə alındı. Halbuki qələbə qazanmaq istəyirdik.
- Hesabın bu cür alınmasına nə səbəb oldu?
- Komandanın heç bir üzvü öz potensialını ortaya qoya bilmədi. İstər hücumda, istərsə də müdafiədə bərbad çıxış etdik. Hesab 1:0 ola bilərdi. AZAL həqiqətən də bizdən üstün oynadı. Hər cəhətdən bizi üstələdi. Niyə belə alındı, səbəbini izah etmək olmur.
- 6 top buraxılıbsa, deməli, müdafiə bərbad çıxış edib...
- Hər şeyi tək müdafiənin üstünə atmaq olmaz. Heç bir xətt öz oyununu göstərə bilmədi. Düzdür, çempionatda hər bir komanda üçün uğursuz oyunlar olur. Amma bu cür məğlubiyyəti gözləmirdik.
- AZAL-la qarşılaşmaya qədər lider idiz və çempionluq uğrunda mübarizədə aparırsınız. Bir oyunda 6 qol buraxmaqla məqsədinizə nail olacağınız nə dərəcədə realdır?
- Bizim üçün gözlənilməz oldu. Baş məşqçi hər şeyi daha yaxşı bilir. Hər halda, bir tədbir görüləcək.
- Bəlkə fasilədə AZAL-ın oyunçuları yaxşı istifadə etdilər. “Qarabağ”ın üzvləri isə millidən döndüklərindən yorğun olublar?
- Məğlubiyyəti yığmanın oyunları ilə əlaqələndirmək istəməzdim. Bəhanə axtarmaq lazım deyil.
- Necə düşünürsüz, “Qarabağ” bu böhrandan çıxa biləcəkmi?
- Başqa yolumuz da yoxdur. Çünki çempionatda bizi daha ağır oyunlar gözləyir. Artıq AZAL-a məğlubiyyəti deyil, həmin matçları düşünməliyik. Yəqin ki, baş məşqçi tədbir görəcək.

0
0