AZAL rekordunu təkrarladı, “Qarabağ”dan antirekord
17.09.2012 - 11:32
Azərbaycan Premyer Liqasının V turunun ən gözlənilməz nəticəsi AZAL – “Qarabağ” matçına təsadüf etdi. Apasport.az-ın PFL-il rəsmi saytına istinadən məlumatına görə, bu turadək ilk 2 pillədə qərarlaşan komandaların oyununda hər 2 tərəfin qələbəsi gözlənilən olsa da, böyük hesablı nəticə tura rəng qatdı. 8 qolun vurulduğu matçda AZAL-ın 6:2 hesabı ilə qalib gəlməsi ilə hər 2 klub üçün tarixi nəticə əldə olundu.
“Qarabağ” tarixində 6-cı dəfə 4 top fərqi ilə məğlub oldu. Antirekordunu təkrarlayan komanda əvvəllər 5 dəfə belə ağır yenilgi almışdı. Sonuncu dəfə buna 7 il, daha dəqiqi 2692 gün əvvəl təsadüf olunmuşdu.
“Qarabağ” tarixində ilk dəfə Azərbaycan çempionatında 6 qol buraxdı. İndiyədək ən pis halda ağdamlılar 5 qolla uduzmuşdu. Bu da 20 ildə cəmi 4 dəfə yaşanmışdı. Sonuncu belə hal 11 il və ya 4012 gün öncə baş vermişdi.
AZAL Premyer Liqada özünün ən böyük hesablı qələbəsini qazanmağa yaxın olsa da oyunun sonunda buraxılan 2 qolla rekorddan uzaq düşdü. Belə ki, “təyyarəçilər” 2 dəfə 5 top fərqi ilə də qalib gəlib.
Lakin AZAL 1 oyunda 6 qol vurmaqla 2 dəfə nail olduğu şəxsi rekordunu növbəti dəfə təkrarladı.

21.11.1999 | Qarabağ (Ağdam) - Şəmkir | 1 - 5 |
24.09.2000 | Şəmkir - Qarabağ (Ağdam) | 5 - 1 |
04.11.2000 | Qarabağ (Ağdam) - Neftçi (Bakı) | 0 - 4 |
22.09.2001 | Şəmkir - Qarabağ-Azərsun (Ağdam) | 5 - 1 |
24.05.2005 | Turan (Tovuz) - Qarabağ (Ağdam) | 4 - 0 |
“Qarabağ” tarixində ilk dəfə Azərbaycan çempionatında 6 qol buraxdı. İndiyədək ən pis halda ağdamlılar 5 qolla uduzmuşdu. Bu da 20 ildə cəmi 4 dəfə yaşanmışdı. Sonuncu belə hal 11 il və ya 4012 gün öncə baş vermişdi.
21.11.1999 | Qarabağ (Ağdam) - Şəmkir | 1 - 5 |
24.09.2000 | Şəmkir - Qarabağ (Ağdam) | 5 - 1 |
05.05.2001 | Qarabağ (Ağdam) - Turan (Tovuz) | 2 - 5 |
22.09.2001 | Şəmkir - Qarabağ-Azərsun (Ağdam) | 5 - 1 |
AZAL Premyer Liqada özünün ən böyük hesablı qələbəsini qazanmağa yaxın olsa da oyunun sonunda buraxılan 2 qolla rekorddan uzaq düşdü. Belə ki, “təyyarəçilər” 2 dəfə 5 top fərqi ilə də qalib gəlib.
10.05.2009 | MOİK (Bakı) - Olimpik (Bakı) | 1 - 6 |
16.10.2010 | AZAL (Bakı) - İnter (Bakı) | 5 - 0 |
Lakin AZAL 1 oyunda 6 qol vurmaqla 2 dəfə nail olduğu şəxsi rekordunu növbəti dəfə təkrarladı.
10.05.2009 | MOİK (Bakı) - Olimpik (Bakı) | 1 - 6 |
07.03.2012 | AZAL (Bakı) - Sumqayıt Şəhər | 6 - 3 |
0
0