Ramin Musayev: Yayım hüququnu hədiyyə etdik - MÜSAHİBƏ
17.09.2012 - 12:29
Ramin Musayev: Yayım hüququnu hədiyyə etdik - MÜSAHİBƏ
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

- İlk 4 turu televiziyadan kənarda qalan Premyer Liqa ötən turdan ekranlara çıxdı. Artıq yayım hüququ ilə bağlı məsələni həll olunmuş saymaq olar?
- Müəyyən mənada həll olunub. Elə indi “İdman Azərbaycan” kanalının rəhbərliyi ilə görüşüb, məsələnin detallarını həll edirik.

- Hərtərəfli razılıq əldə etməmisiniz ki?
- Demək olar ki, 98 faiz razılaşmışıq. Qalıb 2 faizi, onu da müzakirə edirik.

- İstənilən halda, ilk 4 tur canlı yayımlanmadı ki, itirən azarkeşlər oldu. Yayım hüququ ilə bağlı gec anlaşmağınıza səbəb nə idi?
- Həmin vaxt şərtlərdə razılaşa bilmirdik.

- Bəs həmin şərtlərdə kim güzəştə getdi: siz, yoxsa televiziya?
- Qarşılıqlı razılıq əldə etdik. Bilirsiniz ki, AzTV və “İdman Azərbaycan” ilə xoş münasibətlərimiz var.

- Yayım hüququnu hansı məbləğə verildi?
- Biz yayım hüququnu hədiyyə etdik.

- Televiziyanın qarşısında hər tur yayımlanmalı olan matçların sayı ilə bağlı şərt qoymusunuz?
- Konkret şərt qoyulmasa da, istərdik yayımlanan oyunların sayı ötən mövsümünkündən çox olsun.

- Azərbaycan kubokunun oyunları necə olacaq? Onların da yayım hüququ eyni şirkətə verilir?
- Bəli. Kubok oyunlarının yayım hüququnu da çempionatla birlikdə verdik.