Belə ki, Faiq Qarayevin yetirmələrindən ən yaxşı nəticəyə Odina Əliyeva imza atıb. O, topu oyuna daxil etmədə 2-ci yeri tutub. Universal oyunçumuz komandamıza mübarizəsiz 14 xal qazandırıb.
Ondan başqa, Natalya Məmmədova və Natəvan Qasımova cəmi 2 rəqibindən geri qalıb. Hücumçumuz bombardirlər siyahısında 99 xal toplayıb. O, bu siyahıda “Lokomotiv”in yeni transferləri - israilli Tatyana Artmenko və çexiyalı Aneta Havlikovadan az xal yığıb. Buna səbəb isə hər 2 voleybolçunun Natalyadan çox meydanda olması ilə bağlıdır.
Kapitanımız Oksana Parxomenkonun zədə səbəbindən oynamaması və buna görə həm toppaylayıcılıqda, həm də məhz kapitanlıqda onu əvəzləyən Natəvan Qasımova da ilk “3-lük”də qərarlaşıb. İstedadlı oyunçumuz 48,08 faiz nəticə göstərib. Onu qabaqlayanlar arasında da “Lokomotiv”in voleybolçusu Olqa Palçevskaya var.
Bu oyunçularla yanaşı, əsas millimizin heyətində Ayşən Abduləzimovanın da özünü yaxşı tərəfdən göstərməyi bacarıb. İlk dəfə olaraq, belə mötəbər yarışda meydana çıxan 19 yaşlı həmyerlimiz ən yaxşı blokçular arasında 7-ci yeri tutub.
Azərbaycan klublarında forma geyinən voleybolçulara gəlincə, bombardirlik mübarizəsində 2-ci olan Havlikova topu oyuna daxil etmədə 3-cü yeri tutub. “Azərreyl”in yeni transferi Debbi Stam-Pilon isə top qəbul etmədə 2 yerdə qərarlaşıb.
Qeyd edək ki, 6 oyunun hamısında qələbə qazanan Azərbaycan yığması 1 set də olsa belə uduzmadan birbaşa final mərhələsinə vəsiqə qazanıb.
Ən çox xal toplayan
| Ölkə | Oyun sayı | Set sayı | Topladığı xal |
1. Tatyana Artmenko | İsrail | 6 | 22 | 112 |
2. Aneta Havlikova | Çexiya | 6 | 23 | 105 |
3. Natalya Məmmədova | Azərbaycan | 6 | 18 | 99 |
...8. Odina Əliyeva | Azərbaycan | 6 | 18 | 90 |
Ən yaxşı blokçular
| Ölkə | Oyun sayı | Set sayı | Topladığı xal |
1. Natalya Çrkonova | Slovakiya | 6 | 23 | 22 |
2. Esteban Korrea | İspaniya | 6 | 24 | 21 |
3. Straşimira Filipova | Bolqarıstan | 6 | 22 | 20 |
...7. Ayşən Abduləzimova | Azərbaycan | 6 | 18 | 16 |
Ən yaxşı top qəbul edənlər
| Ölkə | Oyun sayı | Set sayı | Düzgün qəbul (faizlə) |
1. Mira Topiç | Xorvatiya | 6 | 17 | 48,89 |
2. Debbi Stam-Pilon | Hollandiya | 5 | 16 | 42,70 |
3. Diana Sançez | İspaniya | 6 | 25 | 42,45 |
...8. Valeriya Korotenko | Azərbaycan | 6 | 18 | 40,95 |
Topu oyuna ən yaxşı daxil edənlər
| Ölkə | Oyun sayı | Set sayı | Topladığı xal |
1. Sofiya Manitarou | Kipr | 6 | 18 | 15 |
2. Odina Əliyeva | Azərbaycan | 6 | 18 | 14 |
3. Aneta Havlikova | Çexiya | 6 | 23 | 13 |
Ən yaxşı toppaylayıcılar
| Ölkə | Oyun sayı | Set sayı | Əla ötürmə (faizlə) |
1. Leyla Tuyfua | Fransa | 6 | 14 | 50,00 |
2. Olqa Palçevskaya | Belarus | 5 | 14 | 49,41 |
3. Natəvan Qasımova | Azərbaycan | 6 | 18 | 48,08 |