“Xəzər Lənkəran” – “Simurq” matçı Zaqatalada baş tutacaq
17.09.2012 - 15:01
Premyer Liqanın IV turundan təxirə salınmış "Xəzər Lənkəran" - "Simurq" oyununun artıq keçirilmə yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komandalar sentyabrın 20-i, saat 18:00-da Zaqatala şəhər stadionunda qarşılaşacaqlar. Qarşılaşma “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq. XVI tur çərçivəsində keçiriləcək "Simurq" - "Xəzər Lənkaran" matçı isə Lənkəranda baş tutacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran"ın meydanında U-17 qızlar arasında dünya çempionatına hazırlıq çərçivəsində yenidənqurma və abadlıq işlərinin aparılması ilə əlaqədar olaraq bu qarşılaşma təxirə salınmışdı.

- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
0
0