Kapitanın 200-cü oyunu
17.09.2012 - 17:18
Premyer liqanın V turu Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi üçün AZAL-la qarşılaşma Premyer Liqada 200-cü oyun kimi tarixə düşüb. O, bu səddi aşan 92-ci futbolçu olub.
Həmin oyunda AZAL-ın 4-cü, Junior Nildonun 2-ci qolu Premyer Liqada “Qarabağ”ın qapısına vurulan 450-ci qol kimi qeyd olunub. Nildonun ilk qolu isə, “Qarabağ”ın qapısına səfərdə vurulan qolların sayını 250-yə çatdırıb.
“Rəvan” - “Simurq” qarşılaşmasında Şəhriyar Rəhimov Premyer Liqada 50-ci oyununu keçirib. “Kəpəz” - “Qəbələ” qarşılaşmasında Nodar Məmmədov 50-ci dəfə qəbələlilərin formasını geydi.
Rasim ƏLİYEV

0
0