“Əsas “Neftçi”yə qalib gəlməkdir”
17.09.2012 - 17:19
“Əsas “Neftçi”yə qalib gəlməkdir”
“Mən “Partizan”ın heyətində debüt etdiyimə görə, çox şadam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Partizan”ın futbolçusu Miloş Yojiç deyib.

Serbiya çempionatının geridə qalan turunda “Hayduk”la qarşılaşmanın 38-ci dəqiqəsində kapitan Şaşa İliç yerinə meydana daxil olan və “Partizan”ın 3-cü qolunu vuran gənc yarımmüdafiəçi “Neftçi” ilə oyunda da meydana çıxmaq arzusunda olduğunu bildirib: “Neftçi” ilə matçda meydana çıxmağı çox istərdim. Hər halda avrokubok həyəcanı tam fərqlidi. Amma hər şey baş məqçidən asılıdı. O, hansı qərarı qəbul etməyindən asılı olmayraq, buna hörmətlə yanaşacam. Ən əsası Bakı klubuna qalib gəlməkdir”.

Qeyd edək ki, “Partizan” – “Neftçi” matçı sentyabrın 2-də baş tutacaq.