“Layiq olduğumuz qələbə qazandıq”
17.09.2012 - 17:49
“Layiq olduğumuz qələbə qazandıq”
“Qarşılaşma çox gərgin alındı. Əsas hədəfimiz 3 xal idi. Daha çox qol vura bilərdik, lakin bunu bacarmadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in futbolçusu Georgi Lomaya deyib.

Gürcüstanlı qapıçı Premyer Liqanın V turunun “Sumqayıt”la oyunu (1:0) haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Buna baxmayaraq, qapımızı toxunulmaz saxlayaraq layiq olduğumuz qələbəni qazandıq. Zənnimcə, növbəti görüşlərdə biz daha yaxşı oyun göstərib xal hesabımızı daha da artıracağıq".