Vladimir Vermezoviç: Bu oyun əlimizə düşən yaxşı imkandır
17.09.2012 - 18:00
”İlk matçda kiminlə qarşılaşacağımız o qədər də böyük önəm daşımır. Onsuz da bütün rəqiblərimizlə oynamalıyıq. Amma 1-ci qarşılaşmada öz meydanımızda “Neftçi” ilə görüşməyimiz mümkün variantların arasında ən münasibidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Partizan”ın baş məşqçisi Vladimir Vermezoviç deyib.
O öncə komandasının hazırkı durumu barəsində danışıb: “Hayduk”la oyunda qazandığımız nəticə və sərgilədiyimiz oyun komandada ruh yüksəkliyi yaradıb. “Partizan” öz meydanında həmişə yaxşı oynayır. İndi futbolçularım yaxşı formadadırlar və bu, “Neftçi” ilə oyunda bizim köməyimizə çata bilər. Sözsüz ki, bizə qələbə lazımdır. Çoxdandır avrokubokların final mərhələsində uğurlu çıxış etmirik. Bu oyun əlimizə düşən yaxşı imkandır və bundan faydalanmalıyıq. Avropa Liqası çox maraqlı turnirdir. Bizi hələ qabaqda 6 qarşılaşma gözləyir. Çox çalışmalıyıq ki, istədiyimiz nəticə göstərə bilək. Biz həm daxili çempionatda, həm də Avropada uğur qazanmalıyıq”.
Vermezoviç “Neftçi”nin aqressiv komanda olduğunu deyib: “Biz Bakı klubunun “Xəzər Lənkəran”la son qarşılaşmasına öz nümayəndəmizi göndərmişdik. O, mənə rəqib haqda lazım olan məlumatları verib. Bundan əlavə onların APOEL ilə oyununa və digər matçlarının videoyazısına baxmışam. “Xəzər Lənkəran”la qarşılaşma orda 1 nömrəli derbidir və onlar bu oyundan qələbə qazanmaq üçün bütün güclərini ortaya qoymuşdular. Çox güclü komadadır, onlarla qarşı oynamaq çox çətin olacaq. “Neftçi” hər qarşılaşmada fərqli üslubda oynayır və oyun ərzində üslublarını dəyişə bilirlər, futbolçuları meydanda çox hərəkət edirlər və topla olarkən çox cəld və aqresiv davranırlar”.

0
0