“Partizan”ın məşqçisi əliboş qaldı
18.09.2012 - 08:43
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Serbiyanın “Partizan” klubunun məşqçisi Aleksandr Roqiç Bakını məyus tərk edib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın V turunun “Xəzər Lənkəran”la oyununda “Neftçi”ni izləmək üçün Azərbaycana ezam olunan casus tapşırığın öhdəsindən tam gələ bilməyib. Belə ki, matçı izləyib təmsilçimiz haqda təsəvvürü formalaşan serbiyalı vətəninə əliboş qayıtmalı olub. Roqiç oyunun videoyazısı olan diski əldə edə bilməyib. Hərçənd o, Belqrada təkcə bildiklərini deyil, həm də diski aparmalı idi.
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
0
0