Məşhur futbolçu “Neftçi”nin üstündən xətt çəkdi - FOTO
18.09.2012 - 11:10
Məşhur futbolçu “Neftçi”nin üstündən xətt çəkdi - FOTO
Serbiya millisinin baş məşqçisi Sinişa Mixayloviç Avropa Liqasının qrup mərhələsində ölkəsini təmsil edən “Partizan” klubunun 1/16 final şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, ölkəsinin tanınmış futbol simalarından olan mütəxəssis Azərbaycan çempionu “Neftçi”, İtaliya “İnter”i və Rusiya “Rubin”inin yer aldığı qrup haqda fikirlərini açıqlayıb.

Növbəti mərhələyə çıxacaq 2 yer haqda bəhs edən Mixayloviç “Neftçi”nin adını çəkməməklə, bakılıları autsayder saydığını hiss etdirib: “Oyun keyfiyyətlərinə görə “İnter” qrupun favoritidir. Lakin bu, o demək deyil ki, onlar qrupda 1-ci olacaq. “Partizan” isə daha çox Rusiya “Rubin”i ilə 2-ci yer uğrunda mübarizə aparacaq. Bütün serbiyalıları avrokuboklardakı yeganə təmsilçimizi dəstəkləməyə çağırıram”.

Qeyd edək ki, İtaliyanın “Sampdoriya”, “Latsio”, “Roma” və “İnter” klublarında oynaması ilə məşhurlaşan serbiyalı sonuncu komandada məşqçi, “Bolonya”, “Kataniya”, “Fiorentina”da baş məşqçi də olub.