“Xəzər Lənkəran” – “Simurq” oyununun yeri dəyişdirildi
18.09.2012 - 11:44
"Xəzər Lənkəran" qarşıdakı 2 ev oyununu Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, buna səbəb Azərbaycanda U-17 qızlar arasında keçiriləcək dünya çempionatının bir neçə oyununun Lənkəran Şəhər Mərkəzi stadionuna salınmasıdır.
Həmin oyunlardan birincisi IV turdan təxirə salınmış "Xəzər Lənkəran" - "Simurq" görüşüdür. Bu matç sentyabrın 20-də saat 17:00-da keçiriləcək. Həmin qarşılaşmanın Zaqatalada – “Simurq”un meydanında keçiriləcəyi gözlənilsə də, son anda şimallılar matça meydan sahibliyi etməyəcəyi dəqiqləşib.
Bu matç Sumqayıtdakı stadionda baş tutacaq. Premyer Liqanın VI turu çərçivəsində "Xəzər Lənkəran" - "Bakı" qarşılaşması da sentyabrın 25-də həmin məkanda və eyni vaxtda keçiriləcək.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0