Söyüşün biri 500 manat
18.09.2012 - 13:02
Azərbaycan çempionatının I divizionunda çıxış edən “Bakılı” klubunun 2 rəsmisi cəzalanıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi paytaxt təmsilçisinin baş məşqçisi Asəf Namazovla inzibatçısı Babək Mahmudova qarşı cəza tətbiq edib.
Buna səbəb onların II turun “Qala” ilə oyunundakı hərəkətləri olub. Matçın 86-cı dəqiqəsində inzibatçı hakimə qarşı təhqiredici hərəkətlər edərək texniki zonadan kənarlaşdırılıb. Baş məşqçi isə oyun başa çatdıqdan sonra hakim-inspektoru təhqir edib. Onların hər ikisini 5 oyunluq cəzaya layiq bilən komitə klubu ümumilikdə 1000 manat cərimələyib. Bu isə o deməkdir ki, hər söyüş “Bakılı”ya 500 manata başa gəlib.

- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
0
0