“Neftçi” – “Xəzər Lənkəran”: Kim daha çox oturacaq sındırdı?
18.09.2012 - 13:05
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın V turunun oyunlarında baş verən xoşagəlməz hadisələr müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.
“Bakı” ilə qarşılaşmada “Turan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün əyalət təmsilçisi 1000 manat cərimə olunub. “Böyük oyun” kimi tanınan “Neftçi” – “Xəzər Lənkəran” matçı isə AFFA-nın xəzinəsinə daha çox xeyir gətirib. Lənkəran təmsilçisi 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat ödəməli olacaq. Matçın 8-ci dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atılması isə meydan sahiblərinə 2000 manata başa gəlib.
Bundan başqa “Neftçi”nin azarkeşləri 27, “Xəzər Lənkəran” fanları 34 oturacaq sındırıb. Bu səbəbdən hər 2 klub dəymiş zərərə uyğun olaraq stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında pul ödəyəcək.

- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
0
0