Nigeriya və Qambiya milliləri Bakıda – FOTOSESSİYA - VİDEO
18.09.2012 - 13:55
Nigeriya və Qambiya milliləri Bakıda – FOTOSESSİYA - VİDEO
Ölkəmizdə keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının açılışına 4 gün qalmış yarışa qatılacaq iştirakçı komandaların ölkəmizə gəlişi davam edir. Apasport.az saytının məlumatına görə, Qambiya və Nigeriya yığmaları da artıq Azərbaycandadır.

Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi talismanı Top Top Qız qarşılayıb. Çempionatın rəmzi olan bu personaj qarşılama ənənəsinə sadiq qalaraq qonaqları salamlayaraq gül dəstələri təqdim edib, qonaqpərvərliyini nümayiş etdirib.

Sonra qrup şəkli çəkdirən futbol üzrə 17 yaşadək qızlardan ibarət Qambiya və Nigeriya milli komandalarının oyunçuları və nümayəndə heyəti kiçik fotosessiyanın ardından böyük ruh yüksəkliyi ilə qalacaqları otellərə doğru yola düşüblər. Afrika təmsilçilərinin heyəti bu cür diqqətli və qonaqpərvər qarşılanmadan, mehriban münasibətdən məmnun olduqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, bu 2 komandayadək Kanada, Kolumbiya və Çin yığmaları da Bakıya gəlib.



Mənbə: affa.az