Bruno Bertuççi: “Neftçi” qrupda lider olmalıdır
18.09.2012 - 14:17
“Bizi Belqradda çətin oyun gözləyir. Amma maraqlı qarşılaşma olacaq”. Bu sözləri apasport.az saytına “Neftçi” klubunun müdafiəçisi Bruno Bertuççi deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində 2 gün sonra “Partizan”la qarşılaşacaq “Neftçi” bu gün səhər saatlarında çarter reysilə Belqrada yollandı. Səfər öncəsi oyunla bağlı açıqlama verən braziliyalı cinah müdafiəçisi rəqibin hücumlarını dəf etməyə hazır olduğunu vurğulayıb: “APOEL-lə oyunda da çətinliklər çox idi. Amma biz qələbə qazandıq.
Belqradda da belə olacağını düşünürəm. Ümumiyyətlə, qrup mərhələsində asan oyun yoxdur. Bütün oyunlarımız çətin keçəcək. Ona görə də yaxşı hazırlaşıb, sona qədər mübarizə aparmalıyıq”.
Komandanın şansları haqda da danışan Bertuççi hər şeyin meydanda həll olunacağını deyib: “İndidən bir söz deyə bilmərəm. Hər şey meydanda həll olunacaq. Bizim işimiz meydana çıxıb, sona qədər “vuruşmaqdır”. Növbəti mərhələyə yüksəlmək istəyiriksə, mütləq birinci olmalıyıq. Mən birinci yer haqda düşünürəm”.

0
0