Nikolas Kanales: Qol vurmaq üçün əlimdən gələni edəcəm
18.09.2012 - 15:14
“Yaxşı oynamalıyıq. Üzərimizdə böyük məsuliyyət var”. Bu sözləri apasport.az saytına “Neftçi”nin hücumçusu Nikolas Kanales deyib.
Sentyabrın 20-də “Partizan”la qarşılaşacaq “Neftçi” artıq Belqraddadır.
Təbii ki, ölkə futbolu tarixində yeni səhifə açan paytaxt təmsilçisindən azarkeşlər uğurlu start gözləyir.
Elə komanda üzvləri də buna inandıqlarını gizlətməyiblər. Hərçənd, onları səfərdə çətin sınağın gözlədiyini də unutmurlar: “Azarkeşlərin rəğbətini qazanmaq, onları sevindirmək üçün mütləq yaxşı oynamalı, xallar qazanmalıyıq”.
Yayda komandaya transfer olunan zaman ilk matçda qol vuracağına söz verən çilili hücumçu “Zestafoni” ilə Bakıdakı görüşdə bunu reallaşdıra bildi. Bəs Kanales Belqraddakı dueldə necə, fanatları sevindirə biləcəkmi?
Forvard sualımızı konkret cavab verməkdən yayındı: “Bunun üçün çalışacam, əlimdən gələni edəcəm. Qrup mərhələsində vurulacaq qollar daha əhəmiyyətlidir”.
Avropa Liqasının pley-off mərhələsində mübarizədən kənarlaşdırılan APOEL ötən mövsüm Çempionlar Liqasının 1,4 final mərhələsinə yüksəlməklə sürprizə imza atmışdı. “Neftçi” necə, Avropa Liqasının sürpriz komandası ola biləcəkmi? Cənubi amerikalının cavabı belə oldu: “Buna inanıram. Sadəcə, yaxşı oynamaq lazımdır”.

0
0