Çempionumuz Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi
18.09.2012 - 16:30
Avroliqanın qrup mərhələsində çıxış edəcək “Neftçi” Serbiyada mərhum dövlət başçımız Heydər Əliyevin abidəsini ziyarət edib. Apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşının məlumatına görə, sentyabrın 20-də “Partizan”la üzləşəcək çempionumuz bu gün bura gələndən sonra hava limanından Heydər Əliyevin xatirəsinə ucaldılan abidəsinin yerləşdiyi “Taş Meydan” adlanan parka yollanıb. Burada mərhum prezidentimizin yanında Azərbaycan bayrağı dalğalanan heykəli diqqət mərkəzində idi. “Neftçi”nin prezidenti Sadıq Sadıqovun başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyevin xatirəsini yad etdikdən sonra orada xatirə şəkli çəkdirib.
Bundan sonra məskunlaşacağı “Hyatt Regency Belgrade” otelinə yollanan “Neftçi” elə bu gün Belqradda ilk məşqinə çıxacaq. Bu, yerli vaxtla saat 18:00-da (Bakı vaxtilə saat 21:00-da) olacaq. Məşq “Partizan”la oyunun keçiriləcəyi yox, başqa stadionda keçiriləcək. Adətən qonaq komandanın matç baş tutacaq arenada oyundan 1 gün əvvəlkinin keçirilməyi nəzərdə tutulduğundan, təmsilçimiz sabah belə imkana malik olacaq. Elə sabah hər 2 komandanın açıq məşqi ilə yanaşı, baş məşqçilərinin mətbuat konfranslarının keçirilməyi də nəzərdə tutulub.
Qeyd edək ki, “Partizan” – “Neftçi” oyunu sentyabrın 20-də Bakı vaxtilə yerli vaxtla 21:05-də (Bakı vaxtilə saat 00:05-də) başlayacaq.
Mehman SÜLEYMANOV
Belqrad

0
0