FİFA Bakıda media seminarı keçirilib – FOTOSESSİYA
18.09.2012 - 16:56
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasiminə artıq 4 gün qalıb. Apasport.az saytının məlumatına görə, əksər FIFA nümayəndələri, çempionatda iştirak edəcək komandaların bir neçəsi artıq Bakıdadır və hazırlıq işləri son sürətlə davam etdirilir.
FIFA və Yerli Təşkilat Komitəsinin müxtəlif departamentlərinin görüşləri, seminarları və tədbirləri keçirilir, qarşılıqlı müzakirələr aparılır. Bu gün də FIFA-nın Bakıdakı baş qərargahında 2 qurumun media departamentlərinin birgə seminarı keçirilib.
FIFA TV, Məlumatın İdarəedilməsi Xidmətləri əməkdaşlarının da iştirak etdiyi tədbirdə Ali futbol qurumunun müvafiq qaydaları və tələbləri haqqında danışılıb, detallar müzakirə olunub. Assosiasiyanın media meneceri Monika Huserin başçılığı ilə təşkil olunan bugünkü görüş sabah FIFA.com saytının əməkdaşlarının iştirakı ilə davam etdiriləcək.
Mənbə: affa.az

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0