Əfsanəvi fransız futbolçu Bakıya gəldi
18.09.2012 - 21:55
Əfsanəvi fransız futbolçu Bakıya gəldi
Sabah Peşəkar Futbol Liqası ilə Azərbaycan Premyer Liqasının yeni titul sponsoru arasında imzalanma mərasimi keçiriləcək. Apasport.az saytının xəbərinə görə, tədbirdə əfsanəvi Fransa futbolçusu Jan Pyer Papen də iştirak edəcək.

Bundan başqa tədbirdə “Lans” klubunun keçmiş prezidenti, Fransa Futbol Federasiyasının vitse-prezidenti Jerve Martel, eləcə də ötənlərin ünlü futbolçuları Olivye Dakur və Jüslen Blonşar da qatılacaq.

Peşəkar Futbol Liqası və “Topaz” arasında rəsmi imzalama mərasimi “Park İnn” mehmanxanasının “Dan ulduzu” zalında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.

Xatırladaq ki, Papen Fransa yığmasında keçirdiyi 50 oyunda 30 qol vurub. O, karyerası ərzində “Valenseyn” (33 oyun, 15 qol), “Brügge” (31 oyun 20 qol), “Marsel” (215 oyun, 134 qol), “Milan” (40 oyun, 18 qol), “Bavariya” (27 oyun, 3 qol) “Bordo” (55 oyun, 22 qol) kimi klubların şərəfini qoruyub.