“Srvena Zvezda”nın azarkeşləri Saşa Stamenkoviçi necə qarşıladılar?
19.09.2012 - 00:47
“Neftçi” Avroliqanın qrup mərhələsində ilk rəqibi olacaq “Partizan”la oyuna hazırlığı Serbiyada davam etdirir. Apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşının məlumatına görə, təmsilçimiz burada ilk məşqini “Srvena Zvezda”nın stadionda keçirib. “Neftçi” Serbiyanın ən titullu klubunun “Marakana” kimi tanınan stadionu ilə tanış olub, onun əsas meydançasına ayaq bassa da, məşqin ehtiyat meydançasında keçirilməyi daha məqsədəuyğun sayıldı. Bugünkü məşq isə qaydalara uyğun olaraq matç keçiriləcək stadionda, yəni “Partizan”ın arenasında olacaq.
İki saata yaxın davam edən məşq adəti üzrə isinmə hərəkətləri ilə başladı və daha çox toplu çalışmalar üzərində quruldu. Bu müddətdə komandanın qapıçılarla işləyən məşqçisi Neboyşa Manoyloviçin çalışdırdığı qapıçılar – Saşa Stamenkovişlə Emil Balayev ikitərəfli oyun zamanı iştirak etdilər. Bunadək isə futbolçular şərti olaraq “qırmızılar” və “sarılar” olaraq iki yerə bölünərək, hərəsində 9 futbolçu ötürmələr üzərində çalışdılar. “Neftçi”nin rəhbərliyi prezident başda Sadıq Sadıqov olmaqla məşqi “Srvena Zvezda”nın beynəlxalq əlaqələr üzrə rəsmisi ilə birgə masa arxasında oturaraq izlədi.
Bakı klubunun məşqini təkcə Azərbaycandan gələn jurnalistlər yox, yerli medianın nümayəndələri də izləyirdi. Belə ki, Serbiya qəzetlərinin fotoreportyorları məşq zamanı iş başında idilər. Sözsüz ki, serblərin əsas diqqəti həmyerliləri Stamenkoviçlə Manoyloviçə yönəlmişdi. “Neftçi”nin makedoniyalı müdafiəçisi İqor Mitreski də keçmiş Yuqoslaviyadan olduğundan, burada yaxşı tanınırdı. Ancaq əsas sima Saşa idi ki, onun yetirməsi, kapitanı olduğu “Srvena Zvezda”da necə sevildiyinin canlı şahidi olduq. O, doğma klubunun bazasında hər bir həmyerlisi tərəfindən xoş qarşılandı, qarşısına çıxanların hamısı ilə səmimi görüşdü.
Ən maraqlı an isə məşq bitəndən sonra, futbolçular avtobusa gedən zamanı oldu. Belə ki, “Srvena Zvezda”nın bir qrup azarkeşi Stamenkovişin şərəfinə fişəng yandıraraq, “sən bizim əbədi kapitanımızsan” şüarını səsləndirdilər. Bu gözlənilməz mənzərə orada hər kəsin diqqətini çəkdi. Onlar bununla qapıçıya əzəli rəqibləri olan “Partizan”la sabahkı oyun öncəsi dəstək olaraq, uğurlar arzuladılar.
Qeyd edək ki, “Neftçi” Belqrada 21 futbolçu gətirib. Bunlardan özbəkistanlı hücumçu Bahodir Nasimov zədədən sonra hələ ki düşərgədə bərpa prosesi keçir, müdafiəçi Elvin Yunuszadə isə Avroliqanın son təsnifat mərhələsində Kiprin APOEL klubu ilə səfər oyununda aldığı birbaşa qırmızı vərəqəyə görə UEFA tərəfindən 1 oyunluq cəzalandırılıb. O, bu üzdən “Partizan”la səfər matçını adı 18 nəfərlik protokola düşməyəcək 1 komanda yoldaşı ilə birgə tribunadan üzləməli olacaq.
Mehman SÜLEYMANOV
Belqrad

0
0