Vladimir Miçoviç: İndi onları əzizləyəsi deyiləm ki... - MÜSAHİBƏ
19.09.2012 - 01:04
“Neftçi”nin serbiyalı sabiq qapıçısı Vladimir Miçoviçin apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşına müsahibəsi
- “Neftçi”ni Belqrad hava limanında qarşılamağa, indi isə məşqinə gəlmisiniz. Deyəsən, keçmiş komandanızın Avroliqanın qrup mərhələsində “Partizan”la oyuna biganə qala bilmirsiniz...
- Əlbəttə, “Neftçi”nin “Partizan”la bir qrupa düşdüyünü eşidəndə, fərəhləndim. Sevindim ki, mənim komandamı burada, Belqradda görəcəyəm. Yaxşı tanıdığım insanları görməyi səbirsizliklə gözləyirdim. Gözlərimə inanmıram ki, “Neftçi” hazırda Belqraddadır, doğma evimdədir.
- “Neftçi”nin Avroliqanın qrup mərhələsinə düşməyini necə qəbul etdiniz?
- Açığı, bunu gözləyirdim. Özü də hələ “Neftçi”nin qapısını qoruduğum zamanı. Həmin vaxt hər il avrokuboklarda çıxış etdiyimiz zaman ümidlərim böyük idi. Təəssüf ki, həmin vaxt bu, baş vermədi. Ancaq “Neftçi”yə daim azarkeşlik edirdim ki, qrup mərhələsinə düşsün. Nəhayət, bunun reallaşmasına çox şadam.
- Bəs püşk “Neftçi”ni “Partizan”la bir qrupa salanda, ilk olaraq nə düşündünüz?
- Dediyim kimi, “Neftçi”nin bura gələcəyinə görə çox sevindim. Püşkün belə olmağı mənim üçün xoş oldu. Oyuna mütləq stadiondan izləyəcəyəm. Artıq xeyli vaxtdır bilet almışam.
- “Neftçi”nin “Partizan”la oyunda, ümumiyyətlə, qrupda şansını necə dəyərləndirirsiniz?
- Sözün düzü, “Neftçi”nin evdə həm “Partizan”, həm də “Rubin”ə qalib gələcəyini gözləyirəm. Çünki komandanın həm oynadığım vaxtda, həm də evdə - Tofiq Bəhramov adına Respublika stadionunda necə inamlı çıxış etdiyini bilirəm. Əlbəttə, “İnter” çox güclü komandadır. Ancaq italyanlara Bakıda asan olmayacaq.
- Komandamızın Belqraddakı oyunda şansı var?
- Açığı, “Neftçi”nin burada qələbə şansının böyük olduğunu düşünürəm. Ümid edirəm ki, komandada Belqradda yaxşı nəticə əldə edəcək. Çünki hər 2 komandanı yaxşı tanıyıram və buna görə də hətta əminəm ki, “Neftçi” burada yaxşı nəticə qazana biləcək.
- Maraqlıdır, kimə azarkeşlik edəcəksiniz?
- Sözsüz ki, “Neftçi”yə. Çünki bu, mənim doğma komandamdır.
- Serbiyalı olduğunuzdan “Partizan”a azarkeşlik etmədiyinizə görə sizi düzgün anlamaya bilərlər...
- Qardaş, mənim komandam “Srvena Zvezda”dır. Bu komanda məni futbolçu edib. “Neftçi” isə mənim ailəmi dolandırıb. Futbolçu karyeramda nə qazanmışam, “Neftçi”də qazanmışam. “Partizan” bu həyatda mənə nə verib? Heç nə.
- Aqressivliyi ilə seçilən “Partizan”ın azarkeşləri sizi qınaya bilərlər...
- Bu, mənim üçün önəmli deyil. “Partizan” bizim barışmaz rəqibdir. Onun “Srvena Zvezda” ilə oyunları Serbiyada əsas derbi sayılır. Mən “Partizan”a qarşı oynadığım vaxtda da onlara rəqib kimi baxmışam. İndi onları əzizləyəsi deyiləm ki...Mən həmişə hər şeyi olduğu kimi deyirəm.
- Yəni heç kimdən, heç nədən qorxmursunuz...
- Kimdən qorxasıyam ki? Mən burda anadan olmuşam. Belqrad mənim doğma şəhərimdir.
- Əgər “Neftçi” ilə “Srvena Zvezda” oynasaydı, onda kimə azarkeşlik edərdiniz?
- Bu hər 2 komanda mənim üçün doğmadır. Onun hər ikisinə eyni gözlə baxıram və fərqləndirmək mənim üçün çətin olardı. Onda deyərdim ki, futbola azarkeşlik edəcəyəm. Bu zaman nə “Neftçi”, nə də “Srvena Zvezda” üçün üzücü olardı.
- İndi “Partizan” belə zəifdir ki, “Neftçi”nin nəticə qazanacağına əminsiniz?
- “Partizan” zəif komanda deyil. Sadəcə, hesab edirəm ki, “Neftçi” güclü komandadır və yaxşı şansı var. “Partizan”la rahat oynaya bilər.
- “Partizan”ın hansı zəif cəhətləri var? Komandamıza hansı məsləhətləri verə bilərsiniz?
- (gülür) Bunu baş məşqçiyə deyərəm.
- “Neftçi”nin qapısında həmyerliniz Saşa Stamenkoviç dayanacaq. O da sizin kimi “Srvena Zvezda”nın futbolçusu olub, “Partizan”la prinsipial derbilərdə iştirak edib. Saşaya bu dəfə çətin olmayacaq? O, gərgin atmosferdə özünü itirməz ki?
- Yox. Niyə özünü itirsin ki? Əvvəl də “Partizan”a qarşı oynayıb. Bu da həmin derbi kimi bir oyun olacaq. Stamenkoviç artıq belə matçlara öyrəşib və ilk dəfə deyil ki, “Partizan”ın stadionda çıxış edir. Onun üçün normal olacaq və heç özünü itirməyəcək
Mehman SÜLEYMANOV
BELQRAD

0
0