“Ramin Musayev dedi ki, Bakıda ev bahalaşacaq”
19.09.2012 - 01:24
“Ramin Musayev dedi ki, Bakıda ev bahalaşacaq”
“Bakıda ancaq kirayədə yaşamışam. Halbuki ev ala bilərdim, imkanım da vardı”. Bu sözləri apasport.az saytına “Neftçi” klubunun sabiq qapıçısı Vladimir Miçoviç deyib.

Serbiyalı qapıçı əməkdaşımızla söhbətində Azərbaycandakı günlərini xatırlayıb. Miçoviçin sözlərinə görə, Bakı onun üçün doğma şəhərdir: “Belqrada gəldiyim 2 ay olar. Düz 8 il Bakıda yaşadım. Evim yox idi. O vaxt “Neftçi”nin vitse-prezidenti olan Ramin Musayev mənə dedi ki, ev al, gələcəkdə Bakıda mənzillərin qiyməti bahalaşacaq. Ancaq mən Bakıda yox, Belqradda ev aldım. Elə oldu ki, burada evlər ucuzlaşdı, Bakıda isə bahalaşdı”.