Peter Dedevbo: Azərbaycanda hədəflərimiz böyükdür
19.09.2012 - 08:29
“Azərbaycanda keçiriləcək dünya çempionatında hədəflərimiz böyükdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Nigeriya milli komandasının baş məşqçisi Peter Dedeybo deyib.
Sentyabrın 18-də Bakıya gələn Afrika təmsilçisi “Hilton” otelində məskunlaşıb. Komandanın çalışdırıcısı Azərbaycanda keçiriləcək dünya çempionatında iddialı olduqlarını bildirib: “İlk məşqimizi günün 2-ci yarısında keçirdik. İndi Azərbaycanın saat qurşağına uyğunlaşmağımız qalır. Qarşımızdakı hədəflərimizə nail olmaq üçün bu zəruridir”.
Qeyd edək ki, Nigeriya yığması A qrupunda Azərbaycan, Kanada və Kolumbiya ilə eyni qrupda yer alıb.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0