“Neftçi” elə bir ölkədə çempion olub ki...”
19.09.2012 - 09:11
“Neftçi” elə bir ölkədə çempion olub ki...”
“Ümid edirəm ki, “Tromse” ilə Norveçdə buraxdığımız səhvləri “Neftçi” ilə görüşdə təkrarlamayacağıq. Azərbaycan çempionundan cüzi üstünlüyümüz var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Partizan” klubunun futbolçusu Aleksandar Miljkoviç deyib.

22 yaşlı sağ cinah müdafiəçisi Avropa Liqasının qrup mərhələsinin “Neftçi” ilə sentyabrın 20-də baş tutacaq oyunu haqda fikirlərini açıqlayıb: “Lakin bu bizə əsas vermir ki, özümüzü favorit sayaq. “Neftçi” elə bir ölkədə çempion olub ki, orada futbola böyük pullar qoyulur. Belə bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Əlbəttə ki, bu qarşılaşmada qələbə qazanmaq iddiasındayıq.

Lakin elə ola bilər ki, oyundan sonra heç-heçəyə də sevinək. Mənə elə gəlir ki, bu qarşılaşma böyük döyüş olacaq. Əgər qalib gəlmək istəyiriksə, hətta əlimizə düşən yarımqol şanslarını da dəyərləndirməliyik. İndi gənc komandamız var. Görək bu heyətlə nəyə qadirik”.