“Neftçi” “Tromse” kimi təzyiq altında olanda risk etməyi sevmir”
19.09.2012 - 10:18
“Neftçi” ilə qarşılaşma komandamız üçün çox vacibdir. Çünki qrup mərhələsində ilk oyunumuzdur və uğurlu start götürməliyik”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Partizan”ın (Serbiya) baş məşqçisi Vladimir Vermezoviç deyib.
Bakılılarla matçın maraqlı olacağını söyləyən mütəxəssis daha irəli gedərək, komandasının qrupdan çıxacağına inandığını bildirib: “Qrup mərhələsinə vəsiqə qazanmağımız tək bizim üçün deyil, bütün Serbiya üçün sevindiricidir. Təəssüf ki, “Sverna Zvezda” və “Voyvodina” bunu bacara bilmədilər. Amma bu reallaşsaydı, onda əsl bayram olardı. Maraqlı matç olacağını düşünürəm. Əlbəttə ki, qələbə üçün oynayacağıq. Avroliqadakı oyunlar bizim gənc futbolçular üçün də vacibdir, onlar yaxşı təcrübə qazanacaqlar. Axı, biz pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik”.
Vermezoviç sabah “Neftçi” ilə keçirəcəkləri qarşılaşmada şansları bərabər sayıb: “Artıq futbolda favorit və autsayder yoxdur. “Neftçi”ni udmaq çox çətin olacaq. İndi Malta, Kipr və Azərbaycan klubları yeni tarix yazırlar. Rəqibimiz yaxşı maliyə dayağı olan ciddi komandadır. Onların heyətində braziliyalılar başda olmaqla, səviyyəli legionerlər var. Oyun üslubları isə fiziki cəhətdən deyil, taktiki cəhətdən pley-offda yendiyimiz “Tromse”yə bənzəyir. Bakı təmsilçisi də norveçlilər kimi, təzyiq altında olanda risk etməyi sevmir”.
Belqrad klubunun çalışdırıcısı Böyükağa Hacıyevin yetirmələrinə güclərini göstərməyin vacibliyini də deyib: “Neftçi”yə qalib gəlməliyik. Bu, “İnter” və “Rubin”lə qarşıdan gələn oyunlara köklənməyimizə kömək edəcək. Həm də azarkeşlərimizi sevindirməyi, onların stadiondan məmnun getməsini istəyirik. Çünki belə olan halda onlar İtaliya və Rusiya təmsilçiləri ilə oyunlarda da bizi dəstəkləməyə gəlsinlər. Qarşıdakı 6 matçda maksimum yararlanmalıyıq ki, yazda da Avropa oynayaq”.

0
0