“Xəzər Lənkəran” qələbə, “Simurq” zirvə iddiasında
19.09.2012 - 10:37
Sabah Azərbaycan Premyer Liqasında 1 oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, IV turun təxirə salınmış qarşılaşmasında “Xəzər Lənkəran”la “Simurq” üz-üzə gələcək.
2 dəfə təxirə salınan görüş Sumqayıtda baş tutacaq. Uzun müddət matçın keçirilməsi ilə bağlı aparılan müzakirələrdən sonra “Gənclik şəhəri”nə salınan oyun saat 17:00-da başlayacaq.
Ötən tur “Böyük oyun”da “Neftçi”yə uduzan “Xəzər Lənkəran” bu görüşdə qalib gəlməklə rəqibinə çatmaq imkanı əldə edəcək. 2-ci pilləyə şərik olmaqla, zirvədən uzaq düşməməyə çalışan Yunis Hüseynovun yetirmələri üçün xal itkisi mənfi dəyərləndirilir.
Zaqatala təmsilçisi Premyer Liqada uduzmayan 3 komandadan biridir. Bu seriyanı davam etdirməyə çalışacaq Georgi Çixradzenin yetirmələri qalib gəlməklə zirvəni də ələ keçirə bilər. Lakin bunun üçün “Simurq” uğursuz seriyasını qırmalıdır. Belə ki, onlar indiyədək heç vaxt “Xəzər Lənkəran”a qalib gəlməyib.
IV turun təxirə salınmış oyunu
17:00. “Xəzər Lənkəran” – “Simurq”
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhr stadionu
Bombardirlər: Junior Nildo (AZAL) – 7, Zohair Benouahi (AZAL), Riçard Almeyda (“Qarabağ”) – hər ikisi 4.

N | Klublar | O | Q | H | M | T-F | X |
1 | AZAL | 4 | 3 | 1 | 0 | 13-5 | 10 |
2 | Simurq | 4 | 2 | 2 | 0 | 6-1 | 8 |
3 | Qarabağ | 5 | 2 | 2 | 1 | 10-8 | 8 |
4 | İnter | 5 | 2 | 2 | 1 | 5-4 | 8 |
5 | Qəbələ | 5 | 2 | 1 | 2 | 6-6 | 7 |
6 | Neftçi | 3 | 2 | 0 | 1 | 5-2 | 6 |
7 | Bakı | 4 | 1 | 3 | 0 | 5-3 | 6 |
8 | Xəzər Lənkəran | 4 | 1 | 2 | 1 | 6-3 | 5 |
9 | Sumqayıt | 5 | 1 | 1 | 3 | 5-13 | 4 |
10 | Turan | 5 | 1 | 1 | 3 | 5-9 | 4 |
11 | Kəpəz | 5 | 1 | 0 | 4 | 3-11 | 3 |
12 | Rəvan | 5 | 0 | 3 | 2 | 3-7 | 3 |

0
0