Vaqif Sadıqov qovdu, Əsgər Abdullayev ələ keçirdi
19.09.2012 - 10:56
Vaqif Sadıqov qovdu, Əsgər Abdullayev ələ keçirdi
Premyer Liqanın hesabat turunda “Bakı” ilə heç-heçə edən “Turan” heyətini gücləndirib. Apasport.az saytının xəbərinə görə, əyalət təmsilçisi gürcü futbolçu ilə anlaşıb.

Belə ki, Tovuz təmsilçisi baş məşqçi Əsgər Abdullayevin istəyi ilə Nuqzar Kvrtiyanı komandaya dəvət edib. Gürcüstanlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, yarımmüdafiəçi azarkeşlərimizə yad sima deyil. O, üç il AZAL-ın formasını geyinib. Ötən mövsümün sonuna bir tur qalmış isə “təyyarəçilər”in baş məşqçisi Vaqif Sadıqov futbolçunu komandadan qovub.

XXXI tur çərçivəsində “Sumqayıt”la keçirilən oyundan paytaxt təmsilçisi minimalhesabla yenilmişdi ki, o da baş məşqçiyə kəskin etirazını bildirmişdi. Nəticədə Sadıqov həmin qarşılaşmadan bir həftə əvvəl 2 illik müqavilı imzaladıqları Kvrtiyanı komandadan qovmuşdu. Sonradan onun “İnter”ə keçəcəyi gözlənilirdi. Lakin “bankirlər” Nuqzarın xidmətinə ehtiyac duymayıb. Klubsuz qalan futbolçu formasını itirməmək üçün qarşıdakı bir ili “Turan”ın heyətində keçiriəcək.