6 klubla Çempionlar Liqasında oynadı
19.09.2012 - 11:06
6 klubla Çempionlar Liqasında oynadı
İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu Çempionlar Liqasının tarixinə düşüb.

Qrup mərhələsinin ilk turunda Fransa təmsilçisi “Pari Sen Jermen”in heyətində meydana çıxan Zlatan Çempionlar Liqasında 6-cı klubunun şərəfini qorudu. Bundan əvvəl Hollandiyanın “Ayaks”, İtaliyanın “Yuventus”, “İnter”, “Milan”, İspaniyanın “Barselona” komandalarında oynamış İbrahimoviç 6 klubla Çempionlar Liqasında çıxış edən ilk futbolçu olub.