“Ağ-qara” derbi
19.09.2012 - 11:40
Sabah qitənin 24 stadionunda keçiriləcək qarşılaşmalarla Avropa Liqasına start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışın tarixində ilk dəfə təsnifat mərhələsini adlayan Azərbaycan təmsilçisi turnirin əsas hissəsində mübarizə aparacaq. Bu, Bakının “Neftçi” klubudur.
Son Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında uğursuzluğa düçar olduqdan sonra Avropa Liqasında çıxış edir. Böyükağa Hacıyevin yetirmələri qrupdakı ilk matçını sabah Belqradda keçirəcək.
H qrupunda yer alan təmsilçimiz Serbiyanın “Partizan” klubunun qonağı olacaq. “Ağ-qaralar” özləri kimi eyni rənglərə boyanan rəqibi ilə görüşəcək. Eyni rəngli komandaların derbisi ilə Azərbaycan çempionunun qrup mərhələsindəki 4 aylıq yürüşü start götürəcək.
Qeyd edək ki, H qrupunda İtaliyanın “İnter” və Rusiyanın “Rubin” klubları da yer alıb.
Avropa Liqası, qrup mərhələsi
H qrupu, I tur
00:05. "Partizan" (Serbiya) – "Neftçi"
Baş hakim: Libor Kovarik
Baş hakimin köməkçiləri: Patrik Filipek, Jiri Molaçek
Dördüncü hakim: Antonin Kordula
Baş hakimin əlavə köməkçiləri: Radek Prihoda, Tomas Kocourek (hamısı Çexiya)
UEFA nümayəndəsi: Mihael Kirhner (Almaniya)
Hakim-inspektor: Manuel Lopes Fernandes (İspaniya)
Belqrad. “Partizan” stadionu

0
0