18 azərbaycanlı futbolçu Valensiyaya yollanır
19.09.2012 - 11:54
18 azərbaycanlı futbolçu Valensiyaya yollanır
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb. Apasport.az saytının məlumatına görə, İspaniyanın Valensiya şəhərində start götürən hazırlıqlarda 18 futbolçu qatılıb.

Baş məşqçi Təbriz Həsənov toplanışa Əli Həsənli ("Qəbələ"), Fəhmin Muradbəyli, Pərviz Qaraxanov (hər ikisi "Neftçi"), Budaq Nəsirov ("Turan"), Ülvi İbazadə, Mansur Nəhavəndi, Roman Məmmədov (hamısı "İnter"), Mahir Mədətov, Yusup Hakimov, Təyyar Məmmədov (hamısı "Bakı"), Elnur Cəfərov, İlyas Səfərzadə (hər ikisi "Xəzər Lənkəran"), Elvin Nəsibov, Ağaseyid Qasımov (hər ikisi "Qarabağ"), Qaziməhəmməd Qurbanov ("Anji", Rusiya), Roman Əliyev ("Akademiya Krasnodara", Rusiya), Rəhim Sadıxov ("Spartak", Moskva, Rusiya) və Müslüm Zararsızı ( SV "Vehen Viesbaden" (Almaniya) aparıb. Hazırlıqlar sentyabrın 27-dək davam edəcək.

Mənbə: affa.az