“Partizan”da ad günü
19.09.2012 - 12:07
Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində baş tutacaq “Partizan” – “Neftçi” oyunu meydan sahibləri üçün əlamətdar hadisə ilə üst-üstə düşəcək. Apasport.az saytının məlumatına görə, Belqradda baş tutacaq oyun günü serbiyalıların düşərgəsində ad günü olacaq.
“Partizan”ın təcrübəli qapıçısı Radişa İliç sabah keçiriləcək qarşılaşma zamanı 35 illik yubileyini qeyd edəcək. Vaxtilə Serbiya yığmasında oynamış qolkiperin bu matçda meydana çıxacağı inandırıcı görünmür. Çünki hazırda daha çox komandasının 3-cü qapıçısı sayılır. Lakin o, “Partizan”ın qələbəsi ilə yubileyini birlikdə qeyd etmək arzusundadır.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0