Qana və Yeni Zelandiya yığmaları da gəldi - FOTOSESSİYA
19.09.2012 - 12:39
Qana və Yeni Zelandiya yığmaları da gəldi - FOTOSESSİYA
Ölkəmizdə keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının iştirakçılarının Azərbaycana gəlişi davam edir. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, artıq U-17 qadınlardan ibarət Qana və Yeni Zelandiya milli komandaları da ölkəmizə təşrif buyurub.

Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu Top Top Qız qarşılayıb. Top Top Qız qarşılama ənənəsinə sadiq qalaraq onları salamlayıb, gül dəstələri təqdim edib və qonaqpərvərliyini nümayiş etdirib. Daha sonra qrup şəkli çəkdirən komandaların heyəti kiçik fotosessiyanın ardından qalacaqları otellərə düşüblər.