“Bu, futbolun inkişafına verdiyimiz növbəti önəmli töhfədir”
19.09.2012 - 14:31
“Topaz” Azərbaycan idman sahəsinin ayrılmaz bir hissəsinə çevrilmək üzrədir. İmzaladığımız bu müqavilə ölkənin idman və futbol sahəsinin inkişafına verdiyimiz növbəti önəmli töhfədir”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının titul sponsorluğu müqaviləsinin imzalanması mərasimində “Azərinteltek” şirkətinin Direktorlar Şurasının sədri Əhməd Geylani Sezər deyib.
O, bu müqavilənin imzalanmasına böyük önəm verdiklərini bildirib: “Mən inanıram ki, “Topaz”ın bu dəstəyi Azərbaycanda futbolun yayılmasında, nəticəsi olaraq, yerli klubların daha inkişaf etdirilməsi və azarkeş sayının artırılmasına yol açacaq. Məqsədimiz ölkə idmanının inkişafına dəstək vermək və Azərbaycanda sağlam idman iqtisadiyyatını yaratmaqdır”.
Qeyd edək ki, müqavilə 3 illikdir və bundan sonra Azərbaycan çempionatı “Topaz Premyer Liqası” adlanacaq.

0
0