Olivye Dakur: Azərbaycanın güclü yığması olacaq
19.09.2012 - 14:52
“Avro-1996-da Azərbaycan millisi ilə hər 2 matçı yaxşı xatırlayıram. Amma həmin vaxtla müqayisədə yığmanız çox inkişaf edib”. Bunu apasport.az saytına açıqlamasında Fransa millisinin sabiq ulduzu Olivye Dakur deyib.
Veteran futbolçu bu gün Azərbaycan Premyer Liqasının titul sponsorluğu müqaviləsinin imzalanması mərasimində iştirak edib.
Milli səviyyəsində baş tutan bütün oyunlara diqqət ayırdığını deyən Dakur DÇ-2014-ün qrup mərhələsi çərçivəsində Portuqaliya - Azərbaycan matçına da münasibət bildirib: “Mən bütün yığmaların qarşılaşmalarını diqqətdə saxlayıram. Bilərəm ki, az öncə Portuqaliyaya 0:3 hesabı ilə uduzduz. Amma bunun eybi yoxdur. Çünki heyətində Kriştianu Ronaldo kimi futbolçunun oynadığı milliyə qarşı müqavimət göstərməyin özü belə çətindir. Hər halda, siz bunu bacardız”.
Məşhur futbolçu Azərbaycan yığmasının 6-7 il sonra beynəlxalq aləmdə öz sözünü deyəcəyini də söyləyib: “Mən “Bakı” futbol klubunun bazasında oldum. Orada çoxlu sayda perspektiv vəd edən gənc oyunçular var. Bu isə o deməkdir ki, 6-7 ildən sonra Azərbaycanın çox gözəl və güclü yığması olacaq”.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0