“Srvena Zvezda” kimi, “Neftçi”yə də qalib gələcəyik” - MÜSAHİBƏ
19.09.2012 - 15:15
Avroliqanın qrup mərhələsində “Neftçi” ilə üzləşəcək “Partizan”ın baş məşqçisi Vladimir Vermezoviç bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşının məlumatına görə, mətbuat konfransında “Qalatasaray”da çıxışı ilə tanınan, hazırda Belqrad klubunun kapitanı olan yarımmüdafiəçi Saşa İliç də iştirak edirdi. “Partizan”ın çalışdırıcısı öncə oyun haqda fikirlərini bildirib.
- İlk dəfədir qrup mərhələsinin iştirakçısı kimi bu zaldayam. Ümid edirəm ki, uğurla başlayacağıq. Hər 2 komanda üçün qrupa düşmək vacib idi. Ancaq indi şans əlimizə düşübsə, bunu asan əldən buraxmayacağıq. Qrupumuzdakı rəqiblərə nəzər salsaq, oyunlar çox çətindir. Çoxları “Partizan”la “Neftçi”yə ümid etmir. Ancaq biz sabah sübut edəcəyik ki, burada olmağımız bizim üçün çox vacibdir. Deyə bilərik ki, rəqib asan deyil, təcrübəlidir. “Neftçi”də çoxlu yaxşı legionerlər var. Ancaq bizim də göstərəcəyimiz çox şey var. Futbolçularımızın hamısı sağlam və oyuna hazırdırlar. Uzun fasilədən sonra xal qazanacağımızı gözləyirik. Bu, stadion azarkeşlərlə dolu olsaydı, daha asan olardı. Çünki “Partizan” azarkeş dəstəyinin çox olmağını sevir. Buna görə bütün azarkeşləri oyuna dəvət edib, bizi dəstəkləməyə çağırıram.
- “Neftçi”ni qrupun autsayderi sayırsız. Bunu nəzərə salsaq, məğlubiyyəti faciə sayacaqsınız?
- Mən bu haqda düşünmürəm.
- “Neftçi”də braziliyalı müdafiəçi Bruno Bertuççu zədəli olduğundan, sabahkı matçda iştirakı sual altındadır. Bu mənada özünüzü favorit sayırsınız və rəqibin şansını necə dəyərləndirirsiniz?
- Biz bilirik ki, “Neftçi”də avrokuboklarda bütün oyunlarda çıxış edən müdafiəçi Elvin Yunuzsadə cəzalı olduğundan, oynamayacaq. Brunonun oynamayacağı mənim üçün yenilikdir. O, aparıcı futbolçudur və cinahda bizə problem yarada bilər. Bertuççinin oynamamağı bizim üçün yaxşı olardı. Ancaq buna sabah matçda baxarıq. Bizim üçün hər oyun yeni, vacib oyundur. Rəqiblərimizi zəif, yoxsa güclüyə bölmürəm. Bizim üçün hər növbəti rəqib vacibdir. Onun ötən matçda necə oynamağı bizim üçün önəmli deyil. “Neftçi”də əsas güc müdafiə və yarımmüdafiədir. Flavinyo ilə Rəşad Sadiqov çox xoşuma gəldi. Onların mənə göstərdikləri oyunlar arasında qeyd edə bilərəm. Bundan əlavə, Syerra-Leonedən olan Julius Vobay güclü futbolçudur. Ümid edirəm ki, sabah Saşa Stamenkoviçin daha çox problemi olacaq, nəinki bizim qapıçının onlarla.
- Komandanız üçün əsas çox xal qazanmaqdır, yoxsa?
- Avroliqa bizim üçün çox vacibdir. Ancaq bizim üçün daha çox milli çempionatın oyunları vacibdir. Burada uğurlu çıxış bizi avrokuboklara aparacaq.
- “Neftçi”nin sizin üçün düşmən komandanın stadionunda hazırlaşmağına necə reaksiya göstərirsiniz?
- “Neftçi” bura oyuna 2 gün qalmış gəlib. Adətən digər komandalar bunu etmir. “Srvena Zvezda” “Neftçi”yə meydança ilə bağlı kömək edib. Biz rəqibi oyuna 1 gün qalmış meydança təmin edə bilərik. Ümid edirik ki, “Srvena Zvezda”nı olduğu kimi, “Neftçi”yə də qalib gələcəyik.
- Qrup mərhələsinin oyunları hazırlıq digərlərindən necə fərqlənir?
- Burada əsas qələbə qazanmaqdır. Çünki növbəti oyunu səfərdə oynayacağıq.
- Heyətinizdə dəyişiklər olacaq?
- Bəli.
- “Neftçi”nin texnikalı, kombinasiyalı oyuna üstünlük verir. Bəs öz komandanızın oyunu necə xarakterizə edərdiniz?
- “Partizan”ın məktəbi çox məşhurdur. Biz texnikalı oyun göstəririk, uzun ötürmələr etməyi xoşlayırıq.
- “Partizan”la “Neftçi”nin 3-cü yer uğrunda mübarizə aparacağı fikri ilə razılaşırsınız?
- Biz 1-ci yer uğrunda mübarizə aparırıq.
- “Neftçi”də serbiyalı futbolçu Saşa Stamenkoviçin olmağı sizi əlavə motivasiya edirmi?
- Mənim üçün bunun heç bir fərqli yoxdur. Bilmirəm, onun bu haqda fikri nədir.
Mehman SÜLEYMANOV
Belqrad

0
0