“Bu, təkcə futbol deyil, Azərbaycan idmanı üçün əlamətdar hadisədir”
19.09.2012 - 15:47
“Bu gün çox mühüm gündür. Çünki dövlət layihəsi olan “Topaz” şirkəti Azərbaycan Premyer Liqasının adını dəyişdirir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Azərinteltek” şirkətinin rəhbəri Azər Məhərrəmov deyib.
O, “Topaz” şirkəti ilə Peşəkar Futbol Liqası arasında Premyer Liqanın sponsorluğu ilə bağlı müqavilənin rəsmi imzalanma mərasimində çıxış edərək əməkdaşlıq haqda fikirlərini bildirib: “Bu gün təkcə futbol deyil, bütün Azərbaycan idmanı üçün əlamətdar hadisədir. Bunadək şirkətimiz Olimpiadaya hazırlıqda, federasiyaların işində idmançıların yanında olub. Bu gün isə Azərbaycan çempionatı Topaz Premyer Liqasına çevrilir. Bu münasibətlə hər 2 təşkilatı – “Topaz” və Peşəkar Futbol liqasını bu əməkdaşlıqla bağlı təbrik edirəm”.

0
0