“Topaz Premyer Liqası daha uzunmüddətli olacaq”
19.09.2012 - 15:50
“Bu gün Topaz Premyer Liqasının adının rəsmiləşdiyi gündür. Bu münasibətlə hər 2 tərəfi – həm Peşəkar Futbol Liqasını, həm də “Topaz” şirkətini təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O, Topaz Premyer liqasının sponsorluğu ilə bağlı peşəkar Futbol Liqası və “Topaz” şirkəti arasında rəsmi imzalama mərasimində bu əməkdaşlıq haqda fikirlərini bildirib: “Bu əməkdaşlıq Azərbaycan futbolunun inkişafına xidmət edəcək. Bundan əvvəl çempionat 3 il Unibank Premyer Liqası adlanırdı. Topaz Premyer Liqası isə daha uzunmüddətli olacaq”.

0
0