“Futbolçudan nə qədər uzaq gəzsən, ömrün bir o qədər uzun olar” - MÜSAHİBƏ
20.09.2012 - 19:39
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi
- Premyer Liqanın V turu arxada qalıb. Çempionat necə keçir?
- Hələlik normal.
- İndidən hansısa komandanı favorit saymaq olar?
- Yox, hələ tezdir. Çünki çempionat yeni başlayıb. İşlərim çox olduğundan AZAL-ın oyununa baxmamışam, amma bu komanda tərifləyirlər. AZAL-dan başqa bir neçə komanda var ki, yaxşı təsir bağışlayır.
- Çempionatın sürpriz komandası hansıdır?
- “Qarabağ”.
- Necə fikirləşirsiniz, Ağdam klubunda nə baş verir?
- Düzünü desəm, xəbərim yoxdur. Nə klub rəhbərliyi ilə, nə də futbolçularla danışmışam. Amma bir şeyi də nəzərə alaq ki, milli komandanın oyunlarından sonra “Qarabağ”ın başına həmişə belə işlər gəlir.
- Amma bütün hallarda, klub daxilində qruplaşma olduğu bildirilir...
- Nə deyim? Ola bilsin futbolçular özlərindən razıdır. Bu məsələdə nə millinin baş məşqçisinin, nə də Qurban Qurbanovun günahı var. Fikrimcə, bəzi futbolçular “ulduz xəstəliyi”nə tutulublar. Yığmada bir az yaxşı oynayan kimi özlərindən çıxırlar. Bunun da əziyyətini klublarımız, ümumilikdə ölkə futbolu çəkir.
- “Neftçi” - “Xəzər Lənkəran” qarşılaşması yenə qalmaqalsız ötüşmədi. Hətta mətbuatda matçın baş hakimi Fariz Yusifovun cənublu futbolçulara rəqibə qarşı kobud oynamadığını deməsi yer alıb. Bu, nə dərəcədə doğrudur?
- Yalandı. Fariz Yusifovla söhbətim olub. Belə bir söhbətin baş vermədiyini deyib. Biz oyunun videoyazısına da baxdıq. Mən “Neftçi”ni müdafiə eləmirəm. Amma videoyazıda aydın görünür ki, Yusifov “Neftçi”yə yox, əksinə Lənkəran klubuna simpatiya bəsləyirdi.
- Bu gün “Neftçi” Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxır. “Ağ-qaralar”ın Belqradda “Partizan”la görüşündən hansı nəticə gözləyirsiniz?
- İstərdim Bakıya qələbəylə dönsünlər. Amma məncə, “Neftçi” bir xal qazanacaq.
- Uzun müddət “Neftçi”də çalışmışsınız. Avropa Liqasının qrupuna düşməklə tarix yazan sabiq komandanızda yenidən vitse-prezident postuna qayıtmaq istərdiniz?
- Xeyr. Futbolçularla işləmək istəmirəm. Futbolçulardan nə qədər uzaq gəzsən, ömrün bir o qədər uzun olar.
- Ötən mövsümün sonunda Premyer Liqadan I diviziona heç bir komada düşmədi. Eyni zamanda yüksək liqaya yüksələn komanda olmadı. Bu dəfə eyni vəziyyət təkrar olunmayacaq ki?
- Belə bir deyim var: Heç vaxt “heç vaxt” demə. Yalan vəd vermək istəmirəm. Yəni, bu gün “yox” deyərəm, sabah başqa vəziyyət yaranar. Əslində, I divizionda çıxış edən klublara sual vermək lazımdı ki, bu qədər vəsait xərcləyirsiniz, əziyyət çəkirsiniz, Premyer Liqaya vəsiqə qazansanız da, bəs niyə lisenziya almırsınız? Problem bununla bağlıdır. Əgər lisenziyalaşdırma ilə bağlı hər hansı problemləri varsa, müraciət etsinlər köməklik göstərək. Belə çıxır ki, özləri almaq istəmirlər.
- “Topaz”la PFL arasında əməkdaşlıq müqaviləsi imzalandı. Bu qurumla hansısa yeni layihə hazırlanacaqmı?
- Bunu ümumi planda nəzərə almışıq. Detalları hələ açıqlamaq istəmirəm, amma yeni layihələrimiz olacaq..
- Bəs ayın oyunçusu nominasiyası yenə keçiriləcəkmi?
- Mənə elə gəlir ki, hazırkı sponsor buna razı olmaz. Ona görə ki, bu ideya Unibankdan gəlib. Məndən olsa, ayın ən pis oyunçusunu seçərdik (gülür). Özü də 1 yox, 5 nəfər. Bəlkə bundan ibrət götürüb, normal oynadılar. Götürək elə milli üzvlərini. Yığmanın görüşlərindən qayıdandan sonra oynamırlar. Görmədim ki, eyni futbolçu dalbadal 2 dəfə ayın futbolçusu seçilsin.
- Artıq Premyer Liqanın sponsoru məlumdur. Bəs kubokun taleyi necə olacaq?
- Axtarırıq. Bir neçə namizəd var. Müzakirələr gedir.
- Nə zaman məlum olacaq?
- Kuboku püşkatmasından sonra.
İlkin ABBASOV

0
0