Montoyya: Fransa yığması favoritdir
21.09.2012 - 13:45
Montoyya: Fransa yığması favoritdir
“Mən Fransa millisinin oyununu görmüşəm. Onlar dünya çempionatının əsl favoritidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət ABŞ yığmasının baş məşqçisi Albertin Montoyya deyib.

37 yaşlı mütəxəssis sabah Azərbaycanda start götürəcək dünya çempionatının açılışı ərəfəsində favoritin adını açıqlayıb.

Vaxtilə ABŞ yığmasının futbolçusu olan Montoyya sabah Lənkəranda üz-üzə gələcəkləri Fransa yığmasını çox güclü rəqib sayır: “Avropa çempionatı zamanı fransalıların oyunlarına diqqətlə seyr etmişəm. Onlar məndə müsbət təəssürat yaradıblar. Onların oyunu bizim ABŞ-da göstərdiyimiz oyun tərzinə bənzəyir. Topa nəzarət edib yerlə oynayırlar, hücumlarda isə çox dinamik olurlar”.