“Partizan”a texniki məğlubiyyət verilə bilər!
21.09.2012 - 14:06
Azərbaycan çempionu “Neftçi” UEFA-ya şikayət edəcək. Apasport.az saytının Rusiya mətbuatına istinadən xəbərinə görə, “ağ-qaralar” Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Partizan”la qolsuz bərabərliklə başa çatan oyunda serbiyalı azarkeşlərin hərəkətlərindən narazı qalıb.
Görüş ərzində Belqrad təmsilçisinin fanatları komandamızın qapıçısı Saşa Stamenkoviçi təhqir ediblər. Onların oyuna gətirdikləri plakatın üstündə yazılmış “Azərbaycanda qaraçı köynəyində yaşayan uzunburun meymun banan dalınca gəlib” cümləsi “Partizan”a baha başa gələ bilər.
Rusiya mətbuatının yazdığına görə, əgər həmin irqçi şüar tək Stamenkoviçə deyil, Syerra-Leone millisinin də üzvü olan Julius Vobaya ünvanlanıbsa, onda “Partizan” meydan sahibi kimi cəzalanacaq. Bu komandaya hətta texniki məğlubiyyət də verilə bilər.
Qeyd edək ki, qarşılaşma ərzində fanatlar tək Stamenkoviçi yox, onun həyat yoldaşı Silviyanı da təhqir ediblər.

0
0