“Heç-heçəyə görə, azarkeşlərdən üzr istəyirəm”
21.09.2012 - 14:54
“İnter” klubunun baş məşqçisi Andrea Stramaççoni “Rubin”lə Avropa Liqasının qrup mərhələsində keçirilən ilk oyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı nəticədən razı qalmayıb: “Rubin”ə qarşı oynamaq çox çətin idi. Doğma meydanda dalbadal 4-cü matçdır qapımızda erkən qol görürük. Amma əlimizi yanımıza salmadıq, sonacan mübarizə apardıq və hesabı bərabərləşdirməyə nail olduq. Yaxşı oynadıq, amma evdə qələbəsizlik seriyası məni çox narahat edir. Azarkeşlər sonacan bizi dəstəklədilər. Onlara minnətdaram və heç-heçəyə görə, fanatlardan üzr istəyirəm”.
Qeyd edək ki, “İnter” – “Rubin” matçında qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, “İnter” – “Rubin” matçında qalib müəyyənləşməyib – 2:2.
0
0