Komanda | O | Q | H | M | T |
“İnter” | 18 | 5 | 9 | 4 | 12-14 |
AZAL | 18 | 4 | 9 | 5 | 14-12 |
Komandalar ilk dəfə 2005-ci ilin dekabrın çempionat çərçivəsində üz-üzə gəliblər. “Şəfa” stadionuna baş tutan həmin görüş 0:0 hesabı ilə başa çatıb. “İnter” və AZAL qarşıdurmasında ilk qolun müəllifi niqeriyalı hücumçu Laki İdaxor olub.
Ötən mövsümdə isə “İnter”lə AZAL 2 dəfə qarşılaşıblar və hər 2 oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hər 2 klubun oyunlarında ən populyar hesab 1:0-dır. Belə nəticə 18 görüşün 7-də qeydə alınıb. AZAL – “İnter” qarşılaşmaların tarixində ən böyükhesablı nəticə 5:0 hesabıdır. 2010-cı ildə AZAL “bankirlər”i məhz bu hesabla udub.
Mövsüm | Oyun | Hesab | Qollar müəllifləri |
2005/06 | “Olimpik” - “İnter” | 0:0 |
|
2005/06 | “İnter” - “Olimpik” | 1:0 | Laki İdaxor, 22 |
2006/07 | “İnter” - “Olimpik” | 0:0 |
|
2006/07 | “Olimpik” - “İnter” | 1:0 | Fabio Luis Ramim, 55 |
2007/08 | “Olimpik” - “İnter” | 1:0 | Junivan Suares, 61 |
2007/08 | “İnter” - “Olimpik” | 2:0 | X.Məmmədov 29, P.Zlatinov, 90+2 |
2008/09 | “Olimpik” - “İnter” | 1:1 | L.Qomeş, 86 - A.Məmmədov, 29 |
2008/09 | “İnter” - “Olimpik” | 1:0 | D.Assioli, 59 |
2009/10 | “İnter” - AZAL | 2:2 | G.Karlsons, 78, A.Rubin, 84 - R.Qoqinaşvili 5, A.Doroş, 50 |
2009/10 | AZAL-“İnter” | 0:1 | G.Karlsons, 47 |
2010/11 | AZAL - “İnter” | 5:0 | V.İgbekoi 49; 79, G.Yuşka 69, N.Kvirtiya 76, V.Qarayev, 82 |
2010/11 | “İnter” - AZAL | 1:1 | P.Zlatinov, 61 - G.Yuşka, 70 |
2010/11 | AZAL - “İnter” | 1:0 | İ.Bliznyuk, 45 |
2010/11 | “İnter” - AZAL | 0:0 |
|
2010/11 | “İnter” - AZAL(k) | 0:0 |
|
2010/11 | AZAL - “İnter”(k) | 0:1 | D.Odikadze, 2 |
2011/12 | AZAL – “İnter” | 1:1 | G.Bogü, 49 - V.Levin, 87 |
2011/12 | “İnter” - AZAL | 1:1 | T.Şütz, 10- S.Zərgərov, 54 |
Qeyd edək ki, AZAL – “İnter” matçı sentyabrın 23-də, saat 16.00-da başlayacaq.