Stoykoviç - Stamenkoviç qalmaqalı belə başladı - FOTO
21.09.2012 - 15:19
Stoykoviç - Stamenkoviç qalmaqalı belə başladı - FOTO
“Neftçi”nin Avropa Liqasının qrup mərhələsidəki “Partizan”la heç-heçə (0:0) başa çatan ilk oyununu bir neçə qalmaqalla yadda qaldı. Apasport.az saytının məlumatına görə, bunlardan biri Serbiya təmsilçisinin qapıçısı Vladimir Stoykoviçin Bakı klubunu təmsil edən həmkarı Saşa Stamenkoviçin əlini sıxmaq istəməməyi oldu.

Stoykoviç hərəkətini şərh edərkən deyib ki, bu barədə danışmaq istəmir: “Etdiyim hərəkətə elə də ciddi önəm vermək lazım deyil. Gəlin, bu barədə danışmayaq. Bizim işimiz futbol oynamaqdır”.