27 ildən sonra
21.09.2012 - 16:10
Sabah Azərbaycan futbol tarixində yeni səhifə açılacaq. Apasport.az saytının məlumatına görə, müstəqil Azərbaycanın 20 illik tarixində ilk dəfə ölkəmizdə futbol üzrə dünya çempionatının final mərhələsinə start veriləcək.
Bu yarış 17 yaşadək qızlardan ibarət milli komandalar arasında keçiriləcək. Turnirdə planetin 16 ən güclüsü iştirak edəcək ki, onlar arasında yarışa meydan sahibi kimi qatılan Azərbaycan yığması da yer alıb.
Düzdür, Azərbaycan 1 dəfə də futbol üzrə dünya çempionatının oyunlarına canlı şahidlik edib. Lakin 27 il əvvəlki turnirə SSRİ ev sahibliyi edib ki, 1985-ci ildə U-20-lər arasında mundialın 1 qrupunun qarşılaşmaları və 1/4 finalın 1 oyunu Bakı və Sumqayıtda baş tutmuşdu. Müstəqil ölkə ilk dəfə qəbul etdiyimiz çempionatda isə bütün oyunlar Bakı və Lənkəranda baş tutacaq.
Sentyabrın 22-də çempionatın ilk 4 oyunu keçiriləcək. Belə ki, A və B qrupunda ilk turun oyunları keçiriləcək. İlk olaraq meydana KXDR və Qambiya milliləri çıxacaq. İlk dünya çempionu olan koreyalıların ardınca isə qrupda digər qarşılaşma keçiriləcək. Lənkəranda baş tutacaq ilk matç əsas favorit Fransa ilə ABŞ arasında olacaq.
Günün son 2 matçı Bakıda, ölkənin 1 nömrəli idman arenası olan Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq. A qrupunda Azərbaycan milli komandasının rəqibləri olan Kanada ilə Nigeriya günün 3-cü matçında üz-üzə gələcək.
Yalnız bundan sonra çempionatın rəsmi açılış mərasimi keçiriləcək. Günün son matçı isə rəsmi açılış matçı kimi tarixə düşəcək. Həmin qarşılaşmada millimiz Kolumbiyanı qəbul edəcək. Almaniyalı baş məşqçi Sissi Raytın yetirmələri cənubi amerikalılarla qarşılaşmada doğma azarkeşlər önündə xal qazanmağa çalışacaq. Yığmamızın oyununda yaponiyalı hakim fit çalacaq.
B qrupu
13:00. KXDR – Qambiya
Baş hakim: Karina Vitulano (İtaliya)
Bakı. 8-ci km qəsəbə stadionu
15:00. Fransa – ABŞ
Baş hakim: Klaudiya Umpyerres (Uruqvay)
Lənkəran. Şəhər stadionu
A qrupu
17:00. Nigeriya – Kanada
Baş hakim: Katerina Monzul (Ukrayna)
Bakı. T.Bəhramov adına Respublika stadionu
20:00. AZƏRBAYCAN – KOLİMBİYA
Baş hakim: Etsuko Fukano (Yaponiya)

0
0