Avropada final həsrəti
21.09.2012 - 16:41
Sabah start götürəcək 17 yaşadək qızlar arasında dünya çempionatı 3-cü dəfə keçirilir. Apasport.az saytının məlumatına görə, ilk dəfə Avropada təşkil olunan turnir bunadək adalarda keçirilib.
İlk çempionat Trinidad və Tobaqoda, 2-ci isə Yeni Zelandiyada baş tutub. İlk dfə materikdə təşkil olunan yarışı qəbul etmək növbəsi UEFA üzvləri arasında ilk dəfə buna nail olan Azərbaycana çatıb.
Əvvəlki 2 mundiala uzaq yol qət edən Avropa ölkələri hələ də final həsrətindədir. Hər 2 yarışda yalnız bürünc mükafat “Köhnə qitə”yə gəlib. Çempionluq isə daim asiyalıların olub. Son yarışda isə final cütünü elə asiyalılar təşkil edib.

N | Yer, il | Çempion | II yer | III yer | Bombardir |
1 | Yeni Zelandiya - 2008 | KXDR | ABŞ | Almaniya | Cenifer Marozkan (Almaniya) – 6 |
2 | Trinidad və Tobaqo – 2010 | Cənubi Koreya | Yaponiya | İspaniya | Yeo Min Ji (Cənubi Koreya) - 8 |
0
0