DÇ-2012-nin açılış mətbuat konfransı - VİDEO
21.09.2012 - 23:00
DÇ-2012-nin açılış mətbuat konfransı - VİDEO
Bu gün 17 yaşadək qızlardan ibarət milli komandalar arasında III dünya çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk dəfə Azərbaycanın ev sahibliyi etdiyi mundialın ilk oyun günündə 4 matç baş tutacaq.

3 oyunun Bakıda, 1-nin Lənkəranda keçirildiyi gün A və B qrupunun komandaları meydana çıxacaq. Ən maraqlı qarşılaşma isə favoritlər sırasında olan Fransa və ABŞ arasında keçiriləcək görüşdür.

İlk 3 oyun baş tutduqdan sonra isə çempionatın açılış matçı keçiriləcək. Həmin qarşılaşmada almaniyalı baş məşqçi Sissi Raytın rəhbərlik etdiyi yığmamız Kolumbiyanı sınağa çəkəcək.

22 sentyabr
B qrupu


13:00. KXDR – Qambiya
Baş hakim:
Karina Vitulano (İtaliya)
Bakı. 8-ci km qəsəbə stadionu

15:00. Fransa – ABŞ
Baş hakim:
Klaudiya Umpyerres (Uruqvay)
Lənkəran. Şəhər stadionu

A qrupu

17:00. Nigeriya – Kanada
Baş hakim:
Katerina Monzul (Ukrayna)
Bakı. T.Bəhramov adına Respublika stadionu

20:00. AZƏRBAYCAN – KOLİMBİYA
Baş hakim:
Etsuko Fukano (Yaponiya)
Bakı. T.Bəhramov adına Respublika stadionu